Millimizin Moldova toplanışı üçün heyəti açıqlandı

16 yaşadək futbolçulardan Azərbaycan millisi Moldovada təlim-məşq toplanışı keçəcək. Newsport.az saytının məlumatına görə, bu gün başlayacaq hazırlıq oktyabrın 25-dək davam edəcək.

Yığmamız bu müddətdə iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Moldova toplanışına 20 futbolçu dəvət edilib.

U-16-nın heyəti: Ərtoğrul Quliyev, Vasif Faracov, Nəriman Axundzadə, Nahid Tanrıverdiyev, Amin Qarayev (hamısı "Qarabağ"), Rəhman Məmmədov ("Sumqayıt"), Nicat Quliyev, Xəyal Əliyev (hər ikisi "Səbail"), Bayram Nacafəliyev ("Paxtakor"), Qurban Səfərov ("Keşlə"), Fariz Xeyrullayev, Ağadadaş Salyanski, Ayxan Süleymanlı (hamısı "Neftçi"), Emil Süleymanov, Nuğay Rəşidov, Namiq Şamilov, İbrahim Ramazanov (hamısı "Qəbələ"), Elxan Zeynalabdinzadə, Firəddin Abdullayev (hər ikisi "Sabah"), Mahmud Ağayev ("Zirə").





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah