"Hücum keyfiyyətini yaxşılaşdırmalıyıq " millimizə 5 qol vuran komandanın baş məşqçisi

Seçmə mərhələyə yaxşı başladıq. İlk oyunda qələbə qazandığımız üçün sevincliyik”.

Newsport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Fransa yığmasının baş məşqçisi Silven Ripol deyib.

O, AVRO-2021-in seçmə mərhələsinin Azərbaycanla oyunu barədə fikirlərini bildirib. 48 yaşlı mütəxəssis Fransa Futbol Federasiyasının rəsmi saytına açıqlamasında 5:0 hesablı qələbədən razılığını dilə gətirib.

Maraqlıdı ki, Ripol 5 qol vurmalarına baxmayaraq, hücum xəttindən tam razı qalmayıb: "Psixoloji cəhətdən yaxşı vəziyyətdəyik. Bu, oyundan-oyuna inkişaf etməyimiz üçün yetərli amildi. Topa sahib idik, oyuna nəzarət bizim əlimizdə idi. Çoxsaylı qol imkanları yaratsaq da, onlardan yararlanmaq üçün dəqiqlik çatmadı. Xüsusən də, ikinci hissədə effektli oyun çatmadı, bəzi boşluqlar buraxdıq. Fərdi potensialımız böyükdü. Bunu kollektiv oyuna sirayət etməliyik. Bunların üzərində çalışmalı, hücumları məntiqi sonluğa çatdırmağı və hücum keyfiyyətini yaxşılaşdırmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right