Nikola Yurçeviç: "Komandada əzmkarlıq və keyfiyyət var"

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bəhreynlə keçirdikləri yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb.

 

Newsport.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis 3:2 hesablı qələbəni şərh edib:

 

"Qələbə qazanmağımız çox vacib idi. Tək mənim üçün yox, ümumilikdə, komandanın əhval-ruhiyyəsinin yaxşı olması üçün bu qələbə önəmlidir. Bəhreyn millisi son bir neçə oyununda 1 qoldan artıq top buraxmamışdı, amma biz bu gün rəqibin qapısından 3 qol keçirə bildik. Temperatur çox yüksək idi. Bu baxımdan futbolçuların hansı fədakarlıq etdiyinin fərqindəyik. Bu göstərir ki, komandada həm əzmkarlıq, həm də keyfiyyət var. Qarşıda bizi Macarıstan millisi ilə oyun gözləyir. Həmin qarşılaşmaya qədər yaxşı bərpa prosesi keçməliyik. Təbii ki, həmin oyun bugünkü qarşılaşmadan fərqlənəcək. Həm daha yaxşı hava şəraitində oynayacağıq, həm qarşılaşmanın statusu fərqlidir, həm də digər - sırf futbol nüansları baxımından çox fərqli görüş olacaq".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah