AFFA Divizion klublarını da cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 6-cı  turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ-2” – “Neftçi-2” matçında “Qarabağ-2” klubunun 4, “Neftçi-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunub.

“Keşlə-2” – “Turan Tovuz” matçında “Keşlə-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 58-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Sənan Qocayev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Turan Tovuz”un futbolçusu Emin Bağırov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

“Zaqatala” – “Qaradağ Lökbatan” matçının 90+2-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Aqşin Eyyubov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. “Qaradağ Lökbatan” klubunun heyətində meydançaya daxil olan futbolçunun mayka nömrəsi oyunun protokolunda göstəriləndən fərqli olduğuna görə klub 80 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right