"Gücümüz, bacarığımız çatmadı" - Samir Abasov

Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edən "Zirə"nin baş məşqçisi Samir Abasov mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis nəticəni şərh edib:

"Yaxşı olardı ki, udaq, 3 xalımızı qazanaq. Əfsuslar olsun ki, bu cür həyəcanlı matçda 1 xal qazandıq. Bu cür oyunların aqibəti belə olur. Bir qol buraxırsan, çətin vəziyyətə düşürsən. Hesabı tez bərabərləşdirdik. Qələbə topunu vurmağa 20-25 dəqiqə vaxtımız olsa da, rəqibin həddən çox qapanmağı bizə müdafiəsini yarmağa imkan vermədi. Gücümüz, bacarığımız çatmadı. İlk dövrəni 10 xalla başa vurma istəyiridk. Buna nail olmamağımız üzücü oldu. Xoş odur ki, rəqiblər xal baxımından uzaqlaşmayıb. Ancaq bundan sonra matçlar daha çətin olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right