UEFA reytinqi: Azərbaycan Qazaxıstana yaxınlaşdı

Avrokuboklarda qrup mərhələsinin II turuna yekun vurulub. Newsport.az saytının məlumatına görə, baş tutan qarşılaşmalardan sonra UEFA reytinqi açıqlanıb.

Keçirilən oyunlar bəzi yerdəyişməyə səbəb olub. Azərbaycanın mövqeyi dəyişməsə də, xal ehtiyatı artıb. “Qarabağ”ın Avropa Liqasında “Düdelanj”ı Lüksemburqda 4:1 hesabı ilə məğlub etməsi ölkəmizin hesabına daha 0,500 xal qazandırıb. Bu da Azərbaycanın cari mövsümdəki əmsalını 2,875-ə yüksəldib.

Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,250 xal olub. Hazırda Avropada 26-cı sırada qərarlaşan ölkəmiz 25-ci yerdəki Qazaxıstanla fərqi 0,500 xala endirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right