"Neftçi"nin xərək problemi

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında I divizionun V turundakı oyunlarla bağlı qərarlar açıqlanıb. Newsport.az saytının məlumatına görə, komandalar yenə həvəskar davranışlarının qurbanı olublar.

“Qaradağ Lökbatan” – “Qarabağ-2” və “Neftçi-2” – “Sabah-2" görüşündə xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə (minumum 18 yaş) meydan sahibləri 80 manat cərimələniblər.

“Turan Tovuz”la matçın sonlarında aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan MOİK-in futbolçusu Raul Yaqubzadə 2 oyunluq diskvalifikasiya edilib, klub 160 manat cərimə olunub. Bundan başqa, MOİK oyunun video yazılışını aparmadığına görə 80 və oyunun protokolunu vaxtında tərtib etmədiyinə görə daha 80 manat cərimələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right