5 kluba texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə çempionatlardakı bəzi komandalara sərt cəzalar tətbiq edilib. Newsport.az saytı xəbər verir ki, komitə bir neçə komandaya texniki məğlubiyyət verib.

Boulevard Hotel U-15 Liqasının “Sabah” – “Binə” oyununun gedişində ikincilərin azarkeşləri meydana daxil olaraq rəqibə hucum edib. Nəticədə görüş yarımçıq dayandırlıb. Bu səbəbdən “Binə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib. “Sabah”a isə təhlükəsizliyi tam təmin etmədiyi üçün ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrar olunacağı təqdirdə kluba qarşı sanksiya tətbiq olunacaq.

U-12 Liqasının UGİM Gənclərbirliyi – “Çinar” UGFHK matçında “Çinar” UGFHK, U-12 Qızlar Liqasının “Aran” FK (Ağcabədi) – “Bəhramtəpə” (İmişli) görüşündə isə “Bəhramtəpə”nin heyətində yetərsay olmayıb və hər iki komandaya texniki məğlubiyyət verilib (0:3).

U-10 Liqasının “Metak” (Qusar) – “Xızı Təhsil” matçında “Xızı Təhsil”in, futzal üzrə Birinci Liqanın “Harmony Hotel” – “Metropoliten” qarşılaşmasında isə “Harmony Hotel”in heyətində protokolda adı olmayan futbolçu iştirak etdiyinə görə klublara müvafiq olaraq 0:3 və 0:5 hesablı texniki məğlubiyyət verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right