Samir Abasov: "Limit Azərbaycan futboluna mane olur"

Azərbaycan Premyer Liqasının IV turunda səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edən "Zirə"nin baş məşqçisi Samir Abasov oyundan sonra fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis səbirli oynadıqlarını bildirib:

"Futbolçularıma sonadək səbirli davrandıqları üçün təşəkkür edirəm. Sumqayıtda yerli azarkeşlərin həmişə möhtəşəm dəstəyi olur. Rəqiblər üçün burda oynamaq çətin olur. Səbirli oynadıq".

Abasov limit məsələsinə də toxunub: "Hesab edirəm ki, limit Azərbaycan futboluna mane olur".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right