APOEL - "Qarabağ" matçının biletləri satışda

Avropa Liqasının A qrupunda yer alan APOEL ev oyunları üçün bilet satışına start verib. Newsport.az xəbər verir ki, komandanın “Düdelanj”, “Qarabağ” və “Sevilya” ilə görüşlərinin biletləri satışa çıxarılıb.
 
Nikosiya təmsilçisi biletləri müxtəlif paketlərdə təqdim edib. Bu baxımdan qiymətlər də fərqlidi. 5 avrodan başlayan qiymət 75 avroya qədər yüksəlir. Qiymətlər uşaqlar üçün 15, tələbələr üçün 30 avroya nəzərdə tutulub.
 
Qeyd edək ki, APOEL qrup çərçivəsində sentyabrın 19-da “Düdelanj”, noyabrın 7-də “Qarabağ”, dekabrın 12-də isə “Sevilya”nı qəbul edəcək.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right