Mahir Emreli: "Getmək xatirinə getmək istəmirəm"

Uzun müddət İspaniyanın “Malaqa”, “Ekstramadura” klubları başda olmaqla bir çox klubla adı hallanan Mahir Emreli sonda “Qarabağ”da qalası oldu. Son olaraq "Sevilya"ya keçmək ehtimalı olan gənc hücumçu ən azından qışa qədər Ağdam klubunda qalacağını yazmışdıq.  

Newsport.az-ın məlumatına görə, Emreli xaricə yollanıb-yollanmayacağına bu cür şərh verib:

"Sadəcə, getmək xatirinə xaricə getmək istəmirəm. Məni yetişdirən, futbolçu kimi böyüdən insanlar var. Fikrimcə, onlar məni hələ də böyütməyə davam edirlər. Sadəcə istəmirəm ki, hər şey tək mənim ürəyimcə olsun. İstəyirəm onlar da məndən razı qalsınlar və fəxrlə desinlər ki, "çıx get". Hətta onlar özləri məsləhət edəndən sonra, nə qərar verirlərsə, mən də “baş üstə” deyib yoluma davam edirəm. Çünki bilirəm ki, mənim özümdən çox onlar mənim yaxşılığımı istəyir. Ona görə məsləhət oldu ki, qalım bir az da oynayım və daha sonra necə olacağını görəcəyik".

“Qışdan sonra hər şey dəyişə bilərmi?” sualına isə Mahirin cavabı bu cür oldu: “İnşallah görək də. Hər şey oyunlardan asılıdır”.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right