Azad Rəhimov: "Qarabağ"ın şansları böyükdür"

Gənclər və idman naziri Azad Rəhimov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, Rəhimov "Report"un Türkiyə bürosuna eksklüziv açıqlamasında Azərbaycan təmsilçisinin imkanlarını yüksək qiymətləndirdiyini bildirib.

Lakin onun fikrincə, belə bir nüfuzlu yarışda heç bir qrupa asan demək olmaz: "Hər bir qrupun lideri var. Sözsüz ki, İspaniya "Sevilya"sı çox güclü komandadır.

"Qarabağ" Lüksemburq "Düdelanj"ı və Kipr APOEL-i ilə isə əvvəllər də görüşdüyü üçün onların oyununa bələddir. Təbii ki, şanslar həmişə var və böyükdür".

Nazir "Qarabağ"la müqayisədə Türkiyə təmsilçisi "Qalatasaray"ın Çempionlar Liqasında daha çətin qrupa düşdüyünü vurğulayıb:

"Real" və PSJ ilə eyni qrupa düşdüyü üçün "Qalatasaray"ın oyunları daha ağır olacaq. Amma hər şey futbolçuların əlindədir".

"Qarabağ" Avropa Liqasında ilk oyununu sentyabrın 19-da Bakıda İspaniya "Sevilya"sına qarşı keçirəcək. 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right