Uels yığmasının futbolçusu: "Önəmli olan onlara əsəblərimizi sakitləşdirəcək erkən qol vurmaqdı”

AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da Azərbaycan yığmasıyla qarşılaşacaq Uels millisinin futbolçusi Kris Mifam oyunla bağlı fikirlərini bildirib.
 
Newsport.az xəbər verir ki, 21 yaşlı müdafiəçi onlar üçün qalib gəlməli olduqları vacib qarçılaşma olduğunu söyləyib: "Cümə günü qələbə qazana bilərik. Bunu bacaracağımıza və daha irəli gedə biləcəyimizə inanıram. Ancaq bu görüşədək Azərbaycanı asanlıqla məğlub edə biləcəyimiz matç kimi baxa bilmərik. Önəmli olan oyuna düzgün yanaşmaq, azarkeşlərimizin və futbolçuların əsəblərini sakitləşdirəcək erkən qol vurmaqdır”.
 
Xatırladaq ki, Uels – Azərbaycan matçı saat 22:45-də start götürəcək.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right