“Limit ləğv olunsa, bu, komandamıza mənfi təsir etməyəcək"

Bu gün AFFA-nın inzibati binasinda Klublar Komitəsinin iclası keçirilib. Tədbirdən sonra qurumun sədri Riad Rəfiyev  jurnalistlərin suallarını cavablandırıb. Newsport.az xəbər verir ki, komitə rəhbəri bir çox problemlərin müzakirə olunduğunu bildirib:

Rəfiyev əvvəlcə gündəlik barədə danışıb: “Üç məsələ müzakirə olundu: Premyer Liqanın növbəti sponsoru və əldə ediləcək gəlirdən klublara çatacaq vəsait, limitə daxil olan futbolçuların sayına görə bonus sistemi və Akademiyalarda yetişən gənc futbolçulara görə kompensasiyanın məbləği”.

Sponsordan əldə olunacaq gəlir məsələsi hələ ki, açıq qalır: “Tender ayın 6-da bitir. Sponsorla bağlı məbləğ dəqiqləşməyib. Bu üzdən də klublara ayrılacaq vəsait bilinmir”.

“Sumqayıt”ın prezidenti limitə daxil olan əlavə gənc futbolçulara görə bonus sisteminin tətbiq edilməsinin də müzakirə olunduğunu dilə gətirdi: “Əcnəbi futbolçuların limit məsələsi müzakirə olunmadı. Əlavə gənc futbolçuların oynamasına görə müəyyən həvəsləndirici məbləğin verilməsini şəxsən özüm təklif etdim. Bunun hansı formada həyata keçirilməsi, kimin tərəfindən ödənilməsi müzakirə predmeti olacaq. Məsələylə bağlı AFFA rəhbərliyinə müraciət etmək istəyirik. Çünki nə qədər daha çox gənc futbolçu meydanda olsa, bir o qədər milli komandalarımıza namizədlərin sayı çox olar. Əlbəttə, hər klub özü seçmək etmək imkanına malik olmaq şərti ilə”.

Rəfiyev PFL prezidenti Ramin Musayevin növbəti mövsüm limitin dəyişdirilməsi, yaxud ləğv olunmasının prezidenti olduğu “Sumqayıt”a təsirinə dair sualı belə cavablandırıb: “Limit ləğv olunsa, bu, komandamıza mənfi təsir etməyəcək. Biz onsuz da hər oyun bir yox, bir neçə limitə düşən gənc futbolçunun xidmətindən yararlanırıq”.

Milan Obradoviçin U-21-ə “Sumqayıt”dan cəmi futbolçu dəvət etməsinə gəlincə, klub prezidenti məsələyə belə aydınlıq gətirib: “Bu sualı mənə verməyin. Düşunmürəm ki, burda hansısa başqa məqam axtarmaq lazımdı. Bu, baş məşqçinin qərarıdır və biz də seçimə hörmətlə yanaşırıq. Heç bir məşqçi yaxşı futbolçudan imtina etməyəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right