Sənan Qurbanov istefa verdi

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov istefa verib.

Newsport.az-ın məlumatına görə, bu barədə o, Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə "Keşlə"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bildirib: “Oyun haqda danışmayacağam. 2011-ci ildən “Qəbələ”dəyəm, təcrübəli mütəxəssislərlə çalışmışam. Bütün rəhbərliyə təşəkkürümü bildirirəm. Uzun illər idi buradaydım, bu klub mənim üçün doğmalaşıb. Avropa Liqasının qrup mərhələsində çıxış etdik, ilk titulumuzu qazandıq. Bu şəhər mənim üçün doğmadır. Fariz Nəcəfov başda olmaqla hər kəsə minnətdaram. İstefa verirəm”.

Qeyd edək ki, S.Qurbanov ötən yay "Qəbələ"nin baş məşqçisi təyin olunmuşdu.

Xatırladaq ki, "Qəbələ" bu mövsüm ölkə çempionatında 3 oyununun hamısında uduzub və qol vura bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right