"Qarabağ" bizi təəccübləndirmədi, amma..." - "Linfild"in futbolçusu

"Linfild"in müdafiəçisi Mark Stafford Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra klubun rəsmi saytına müsahibə verib. Newsport.az həmin müsahibəni təqdim edir.

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Qrupa düşə bilmədiyimiz üçün təəssüflənirik. Tarixi nailiyyət heç vaxt bu qədər yaxın olmamışdı. Bakıdakı stadionda öz ruhumu və ürəyimi ortaya qoydum. Eyni şeyi komanda yoldaşlarım da etdilər. Bu mövsüm avrokuboklarda qazandığımız nəticələrlə qürur duyuram. Məşqçilərə, oyunçulara və azarkeşlərə "çox sağ ol" deyirəm.

 

- Dünən müdafiəniz ciddi pressinqlə üzləşdi...

- Bilirdik ki, "Qarabağ" səviyyəli komandadır. Dünənki oyunda da bunu təsdiqlədilər. Rəqib futbolçular topla gözəl rəftar edir, bir-birilərini yaxşı başa düşürlər. Bəlkə də hücumlar zamanı daha diqqətli olsaydıq, hər şey fərqli olardı. Futbolçularımızı günahlandıra bilmərəm, çünki qarşımızda təcrübəli və əla komanda var idi.

 

- "Qarabağ" sizi nə iləsə təəccübləndirdi?

- Yox, çünki onların necə oynayacağını bilirdik. Nəticə etibarı ilə elə də oldu. "Qarabağ" bizi təəccübləndirmədi, amma uddu.  Prinsipcə. heç nəyə təəssüflənməməliyik. Çünki bura qədər gələcəyimizi heç özümüz də təsəvvür edə bilməzdik.

 

- Bakıda azarkeşlərimizi görəndə, hansı hissləri keçirdiz?

- Bilirdik ki, bizi dəstəkləyəcəklər. Hamısı sağ olsun ki, gəlib dəstək oldular. "Qarabağ" azarkeşlərinə də təşəkkürümü bildirirəm ki, belə bir atmosfer yaratmışdılar. Bu cür ab-havada oynamaq hər zaman xoşdur. Burada artıq həmin azarkeşlərin səni və ya digərini dəstəkləməsinin elə bir önəmi olmur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right