"Azərbaycan xalqını təhqir etdi, bu gün "Neftçi"də oynadı" Erkin İbrahimovdan sərt sözlər

Futbol agenti Erkin İbrahimov Azərbaycan Premyer Liqasının ikinci turunda "Zirə"yə 0:1 hesabı ilə uduzan "Neftçi"ni "Facebook" hesabında tənqid edib.

 

Newsport.az tanınmış agentin fikirlərini təqdim edir:

 

 "Neftçi"nin düşdüyü vəziyyətdə günahı ayrı-ayrı futbolçularda axtarmaq düzgün saymıram. Açıq-aşkar görünür ki, klub rəhbərliyi idarəetməni itirib, komanda son 4 oyunda futbol oynamır.

 

Baş məşqçi də ağzına gələni danışır, yetirmələri də. Baqali Dabo çıxıb "Instagram"da xalqı təhqir edir. Normal idarə olunan klubda bu cür futbolçu ən azından cəzalanardı, Dabo isə etdiklərinin qarşılığında mövsümdə ilk dəfə əsas həyətə salınır. Nəticəsi nə oldu? Dabo bu gün "Zirə"ylə matçda 90 dəqiqə ərzində bircə zərbə endirdi, onda da top auta (!!!) çıxdı. 

 

Bütün bunlarla belə, konkret bir futbolçu ilə bağlı sualım var. Monrozun oyununu (oyun demək olarsa) diqqətlə izləyirəm. Adama çatmır ki, Monroz meydanda nə gəzir? Nə qol imkanı yaradır, nə oyunu üzərinə götürür, nə də topsuz faydalı işləyir. Monrozun funksiyası nədi? Məşqçi onun meydanda etdiklərini analiz edirmi? Necə olur ki, Monroz toxunulmaz, əvəzolunmaz adama çevrilib. Bunun dəqiq səbəbini bilən varmı? Qorxurlar ki yenə "Do you want to see my dick?" deyib sözdən əmələ keçəcək?

 

Ötən həftə Sport7.az saytına müsahibə verərkən qeyd etdim ki, rəhbərliyin və baş məşqçinin istefaya göndərilməsi bir az radikal, sərt qərar olardı. Ancaq bu gün da göründü ki, komandadaxili durum yaxşılaşmır ki, daha da pisləşir. Bunun da məsuliyyəti klubu idarə edənlərin çiynindədi. Dario mövsümün ortasında yoxa çıxır, rəhbərliyi yıxıb-sürüyür. Altı ay keçməmiş da xahiş-minnətlə qaytarılır. Monroz kimi tərbiyəsiz futbolçu ilə müqavilə  imzalanır. Halbuki belələrini komandaya yaxın buraxmaq olmaz. Dabo da belə. Digər futbolçular da görür ki, bu rəhbərliyin yanında istənilən hoqqadan cəza almadan çıxmaq olar.

 

Klub rəhbərliyinin özünə görə bir qürur hissi olmalıdı. "Neftçi" sıradan bir klub deyil. Dario, Monroz, Dabo, lap 23 futbolçunun hamısı bir klubdan üstün ola bilməz! Odu ki, bu gün müşahidə olunan xaotik futbola təəcübləndirməyə dəyməz".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right