Mahiri transfer etmək istəyən İspaniya klubları məlum oldu

"Qarabağ"ın hücumçusu Mahir Emreli karyerasını İspaniyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı futbolçu Sequndada çıxış edən “Malaqa” və “Ekstremadura” klublarının transfer hədəfindədir. 

Emrelinin 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə görüşlərdə bu klubların diqqət mərkəzinə düşdüyü qeyd edilib.

Mahirin “Bakı”da çıxış etdiyi zaman “Atletiko”nun düşərgəsində olduğu da vurğulanıb.

Azərbaycan millisinin üzvü ötən mövsüm 16 qolla Premyer Liqanın bombardiri olub. Milli üzvünün Sequndada özünü ispan futboluna tanıda biləcəyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right