Abbasov: "Gələn oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Türkiyə toplanışı çərçivəsində Rumıniyanın "Petrolul" klubu ilə keçirilən yoxlama oyunundan (2:2) sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:

“Türkiyə toplanışında birinci oyunumuzu keçirdik. Çalışdıq ki, hər kəsə şans verək. Komandanın meydandakı mübarizəsi və hərəkətliliyi bizi qane etdi. Buna baxmayaraq, səhvlərimiz də var idi. Get-gedə artıraraq, gələn oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right