Samir Abasov: "Sanki çempionat yenicə başa çatıb"

“Zirə”nin baş məşqçisi Samir Abasovun “Keşlə” ilə yoxlama oyunu (2:2) və toplanışın ilk hissəsi haqda ümumi fikirlərini klubun mətbuat xidmətinə açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis hazırlıqdan razı qaldığını deyib:

“Oyun bir az sərt keçdi. Bu da başa düşüləndi. Çünki hamı özünü göstərmək istəyir. “Keşlə”yə də uğurlar arzulayıram. Hazırlığın geridə qalan müddəti haqda onu deyə bilərəm ki, hər şey gözlədiyimdən də yaxşı keçdi. Futbolçular komandaya ilk gündə qoşulanda elə vəziyyətdə idi ki, sanki çempionat yenicə başa çatıb. Bu da futbolçuloarın peşəkarlığından irəli gəlir. Bu, həddən artıq sevindiricidir. Yeganə üzücü məqam Tellur Mütəllimov və Cavid Hüseynovun zədələnməsi oldu. Amma ümid edirik ki, tez müddətdə sağalıb, komandaya qoşulacaqlar. Azərbaycanda sonuncu oyunumuz idi. Ayın 20-də Türkiyədə toplanışımızın ikinci hissəsi başlayacaq. Orada da 4 yoxlama oyununa çıxacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right