"Neftçi" Moldovada dəstəksiz qalmayacaq

"Neftçi" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Moldovanın "Sperantsa" klubunun qonağı olacaq.

 

Newsport.az xəbər verir ki, iyulun 11-də baş tutacaq oyunda "Neftçi"ni dəstəkləmək üçün "Forza Neftçi"nin 30-a yaxın üzvü Moldovaya yollanıb. Səfərə ötən gün avtosbula yollana azarkeşlər Rusiya və Ukraynanı keçdikdən sonra Moldovaya yetişəcək.

 

Moldovada "Neftçi"ni 50-yə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.

 

"Sperantsa" - "Neftçi" oyunu "Zimbru" stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 21:00-da səslənəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right