"Futbolçular hələ tam formada deyillər" Ayxan Abbasov

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununu şərh edib.

Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan 37 yaşlı mütəxəssis deyib:

"Mövsümə hazırlıq toplanışımızda ilk oyunumuz olduğundan nisbətən çətinlik yaşadıq. Çünki futbolçularımız hələ tam formada deyillər. Yüklənməni yavaş-yavaş artırırıq. Bu qarşılaşmada iki müxtəlif heyətlə oynadıq. Futbolçulara fərqli tapşırıqlar vermişdik. Nəticədən asılı olmayaraq futbolçulardan razı qaldım".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right