"Traktor" azərbaycanlı futbolçu transfer edəcək? Mustafa Dənizli açıqladı

İran yüksək liqasında mübarizə aparan “Traktor” klubunun baş məşqçisi Mustafa Dənizli transferlə bağlı danışıb.

Newsport.az-ın məlumatına görə, 69 yaşlı mütəxəssis “TRT Spor”a açıqlamasında azərbaycanlı futbolçu ilə danışıqlar aparmaq istədiklərini deyib:

“Türkiyədən bir neçə oyunçu ilə maraqlanırıq. Eyni zamanda Azərbaycan və İrandan iki futbolçu maraq dairəmizdədir. Onlarla danışıq aparmaq istəyirik”.

Qeyd edək ki, "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı bir müddət öncə Təbriz klubuna baş məşqçi təyin edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right