"Millidə yüklənmə çox idi" - Rüfət Dadaşov

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov klubu "Proyssen"ə qoşulub.

Newsport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, əlavə bir həftəlik istirahət verilən forvard deyilən tarixdən bir gün əvvəl məşqlərə başlayıb.

Hətta dünən Dortmund "Borussiya"sının II komandası ilə yoxlama görüşündə (2:3) də iştirak edib. Belə ki, III Bundesliqa klubunun məşqçilər korpusu son 13 dəqiqədə Dadaşova şans verib. Komandanın məşqçisi Sven Hübşer 28 yaşlı futbolçunu oynatmaq istəmədiklərini söyləyib: "Rüfət komandaya yenicə qoşulmuşdu. Hazır olmadığını bilirdik. Ancaq oynamaq üçün israr etdi. Biz də 77-ci dəqiqədə onu meydana buraxmaq qərarına gəldik".

Yığmamızın üzvü özü də hələ hazır olmadığını etiraf edib: "Millinin heyətində son iki görüşdə az oynasam da, yüklənmə çox idi. Biz hər gün iki məşq keçirdik. İstirahətdən sonra özümü yenilənmiş kimi hiss edirəm. Amma əvvəlki formamı bərpa etmək üçün zamana ehtiyacım var. Məşqlər zamanı yükü get-gedə artıracağıq. Bundan sonra hücumda komandama kömək edə biləcəyimə inanıram".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right