“Sumqayıt” da başladı

“Sumqayıt” 2019/20 mövsümü üçün hazırlığa start verib.

Newsport.az xəbər verir ki, sözügedən komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ötən gün doğma stadionun köməkçi meydançasında mövsümə hazırlıq məqsədi ilə ilk məşqini keçirib. 

Əvəzedici heyətin 5 üzvü də əsas komanda ilə birlikdə məşq edib.

Qeyd edək ki, "Sumqayıt" hazırlığın I mərhələsində iyulun 5-də və 13-də yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi və oyunların saatı barədə əlavə məlumat veriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right