Geryeli Haiti 1/4 finalda

KONKAKAF Qızıl kuboku yarışında mübarizə davam edir. Newsport.az saytının məlumatına görə, qrup mərhələsində II turun daha bir oyunu keçirilib.

"Qarabağ"ın müdafiəçisi Vild-Donald Geryenin şərəfini qoruduğu Haiti B qrupu çərçivəsində növbəti sınağına çıxıb. İlk oyunda Bermuda üzərində qələbə qazanan Haiti bu dəfə Nukaraquanı üstələyib - 2:0. Start heyətində meydana daxil olan Gerye 81 dəqiqə müarizə aparıb. Sol cinah müdafiəçisi 66-cı dəqiqədə sarı vərəqə alıb.

Bu qalibiyyətlə Haiti 1/4 finala vəsiqəni təmin edib. Komanda son turda eyni xala malik Kosta-Rika ilə öz aralarında 1 və 2-ci yerin sahibini müəyyənləşdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right