"Neftçi" ilk oyundan qalib ayrıldı

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama görüşünə çıxıb. Newsport.az saytının məlumatına görə, ölkəmizi Avropa Liqasında təmsil edəcək "ağ-qaralar" "OİK-Xabarovsk"la üz-üzə gəlib.

Rusiya klubu ilə qarşılaşma Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində baş tutub. "Hendek Atatürk" stadionunda Bakı vaxtı ilə saat 18:00-da start götürən qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

Yoxlama görüşü

20 iyun

"Neftçi" - "OİK-Xabarovsk" (Rusiya) - 3:1
Namiq Ələsgərov, 22; Rəhman Hacıyev, 28; Emin Mahmudov, 45
Topuk yaylası. "Hendek Atatürk" stadionu
"Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 19.Rauf Əliyev, 26.Ömər Buludov, 36.Mamadu Kane.
Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 6.Voislav Stankoviç, 20.Elnur Süleymanov, 25.Kirilo Petrov, 32.Mirkamil Əliyev, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 47.Əsgər Hüseynov, 51.Mehmet Serin, 80.İsmayıl Zülfüqarlı, 85.Şöhrət Yusifov.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right