"Qarabağ"da ikitərəfli oyun

"Qarabağ" Avstriyada yay təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk günü iki məşqlə başa vurub.

Günün ikinci məşqi Bakı vaxtıyla 20:00-da başlayıb və 90 dəqiqə davam edib. İlk məşqdən fərqli, komanda toplu çalışmaları yerinə yetirib və ikitərəfli oyunla məşqi tamamlayıb.

Qeyd edək ki, "Qarabağ" Avstriya toplanışı çərçivəsində 4 yoxlama görüşü keçirməyi planlaşdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right