Dario "Neftçi"yə qayıtdı RƏSMİ

Dario Frederiko "Neftçi”yə qayıdıb.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu ilə 2 il müddətinə müqavilə imzalanıb. 27 yaşlı yarımmüdafiəçi komandanın heyətində 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2018/2019 mövsümündə "Neftçi”nin heyətində 17 oyunda 3 qol vuran Dario Frederiko Braziliyanın "Flamenqo” (2012-2014), "Fernandopolis” (2013), "Quaratinqeta” (2014), Portuqaliyanın "Trofensi” (2014-2015), Azərbaycanın "Kəpəz” (2015-2018) və Cənubi Koreyanın "Sonnam” (2017) və "Daequ” (2019) klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right