“Sabah”ın futbolçusu “Sumqayıt”da

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqavilə bağlayıb.

Newsport.az xəbər verir ki, sözügedən klub son mövsümü “Sabah”da keçirmiş Elgün Nəbiyevi heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

1 illik icarə əsasında “Sumqayıt”da çıxış edəcək 23 yaşlı futbolçu 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Elgün Nəbiyev “Sabah”la yanaşı (25 oyun, 1 qol) “Zirə”nin də (4 oyun) uğurları üçün çalışıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right