Millimizə 2 qol vurdu, tarixə düşdü

Futbol üzrə Slovakiya millisi AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasını 5:1 hesabıyla məğlub edib.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada Slovakiya millisinin kapitanı Marek Hamşik yeni uğura imza atıb. Azərbaycan millisi qarşısında dubla imza atan yarımmüdafiəçi, yığmada ən çox qol vuran futbolçu ünvanını qazanıb.

Hamşik Slovakiya millisinin heyətində keçirdiyi 114 oyunda 24 qol vuraraq, yığmanın bombardiri olub. O, həm də Slovakiya millisində ən çox forma geyinən futbolçudur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right