"Bakıda kişilərin şort geyinməyinə qeyri-adi baxırlar" - Slovakiya mətbuatı

Slovakiya millisi  sabah Avro-2020-nin seçmə mərhələsində yığmamızın qonağı olacaq.

Newsport.az xəbər verir ki, oyunu işıqlandırmaq üçün Bakıya gələn Slovakiyanın SME nəşrinin nümayəndəsi paytaxtımız haqda yazıb.

"Temperatur 40 dərəcəyə yaxındır. Lakin yerli əhali uzun paltarlar geyinir. Şort geyinənləri görəndə gülürlər və başlarını yelləyirlər. Azərbaycanda kişilərin şort geyinməyinə qeyri-adi baxırlar. Bu, nalayiq hesab olunur" - deyə qeyd olunub. 

Slovakiya millisi bu gün Bakı bulvarında gəzintidə olub. Komandanın saat 20:00-da "Bakcell Arena"da məşqə çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right