“Başakşəhər”in yeni baş məşqçisi bilindi

Türkiyənin “Başakşəhər” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, Super Liqada geridə qalan mövsümü ikinci pillədə başa vuran və UEFA Çempionlar Liqasına vəsiqə qazanan İstanbul klubunu bundan sonra Okan Buruk çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər sabah rəsmi müqaviləyə imza atacaqlar.

Okan Burukun son iş yeri Super Liqanın digər təmsilçisi “Rizəspor” olub. O, 18 kollektiv arasında 11-ci olan bu komandanı iki həftə öncə öz istəyi ilə tərk etmişdi.

“Başakşəhər”i isə son mövsümdə Abdulla Avcı çalışdırıb. O, “Beşiktaş”dan təklif aldığı üçün, bu klubdan ayrılmaq qərarına gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right