CAR futbolçusuna Azərbaycandan təklif

Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs" klubunun sabıq futbolçusu Hendrik Eksteyn karyerasını Azərbaycanda davam etdirə bilər. Newsport.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin meneceri Palesa Mxize məlumat verib.

O bildirib ki, "Kayzer Çifs"lə müqavilə müddəti başa çatan və hazırda azad agent olan cənubi afrikalı oyunçu Azərbaycandan təklif alıb. Menecer həmin klubun adını açıqlamasa da, 28 yaşlı futbolçunun keçidinin mümkünlüyünü vurğulayıb: "Ölkə daxilindən də təklif var, hansı ki, biz onların son fikrini gözləyirik. Hazırda real heç nə yoxdu. Danışıq apardığım iki klub var: biri yerli, biri isə xarici komandadı. Eksteynə Azərbaycandan təklif var. Amma ilk olaraq yerli komanda ilə anlaşıb-anlaşmayacağımızı dəqiqləşdirəcəyik. Çünki futbolçunun ailəsi var və övladı çox balacadı. Bu səbəbdən ölkədə qalmaq istəyir. Təbii ki, maliyyə şərtlərindən də çox şey asılıdı. Sərfəli təklif olsa, Hendrik ölkədə qalacaq".

Qeyd edək ki, Hendrik Eksteynlə maraqlanan yerli komandanın "Orlando Pirates" olduğu bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right