"Zirə" yeni transferini rəsmən açıqladı

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Elvin Camalovla anlaşıb. 24 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə bağlanılıb.

Camalov daha əvvəl “Qəbələ”də forma geyinib. Elvin Azərbaycanın müxtəlif yaş qrupu üzrə milli komandalarının da şərəfini qoruyub.

"Zirə" daha öncə "Qəbələ"dən Cavid Hüseynovla iki illik müqavilə imzalamışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right