"Kəpəz"in sadiq azarkeşi vəfat etdi

"Kəpəz"in sadiq azarkeşlərindən olan Adil Məmmədov vəfat edib.
 

Newsport.az-ın məlumatına görə, "Xəmsə" fanlubunun yaradıcısı və Gəncə futbolunun stajlı fanatlarından olan Adil dayı uzun müddətdi mübarizə apardığı çənə sümüyü xərçəngi xəstəliyindən dünyasını dəyişib.
 
Məmmədov Gəncə futbolu azarkeşlərinin simvolu sayılırdı. O, 2009-cu ildə "Xəmsə"ni yaradıb. "Kəpəz" və Gəncə futboluna əvəzsiz dəstək göstərməyi hədəfləyən və ətrafında yüzlərlə futbolsevəri toplayan Adil dayının missiyasını indi gəncəli azarkeşlər davam etdirir. Adil dayı bu gün torpağa tapşırılıb.
 
Allah rəhmət eləsin!





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right