Məhəmməd Salah: "Karyeram ərzində çox fədakarlıq etdim"

Çempionlar Liqasının finalında "Tottenhem"ə 2:0 hesabı ilə qalib gələrək, qalib olan "Liverpul"un hücumçusu Məhəmməd Salah fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı futbolçu qələbəni şərh edib:

"Hamımız çox xoşbəxtik. İki ardıcıl final oynadığıma və 90 dəqiqə meydanda qaldığım üçün sevinirəm. Hər kəs bu gün əlindən gələni etdi. Fərdi şəkildə performans yaxşı deyildi, ancaq komanda olaraq mükəmməl idik".

Salah karyerasında fədakarlıq etdiyini bildirib:

"Karyeram ərzində çox fədakarlıq etdim. Kənddən Qahirədəki bir qəsəbəyə köçdüm. Daha sonra bu səviyyədə uğur qazanan misirli futbolçu olmaq mənim üçün inanılmazdır".

Misirli futbolçu penalti epizodu ilə bağlı ilə bunları deyib:

"Gələn mövsüm Premyer Liqada da VAR olacaq. İndidən bunu bəyəndiyimi deyə bilərəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right