“Mxitaryan üçün Bakı təhlükəsizdir” İngilis azarkeş

“Bakı Mxitaryan üçün təhlükəsiz olardı. Onun üçün heç bir problem yaranmayacaqdı”. Newsport.az xəbər verir ki, bu sözləri ingiltərəli azarkeş Riçard Skales bildirib.

Skales deyib ki, bu məsələ haqqında çox məlumata sahib deyil: “Mxitaryanın niyə Bakıya gəlmədiyini bilmirəm. Əgər siz Azərbaycandan və ya Ermənistandan deyilsinizsə, belə siyasi məsələ haqqında çox fikirə sahib ola bilməzsiniz. Çünki çox az informasiyaya malik insanlarıq. Amma düşünürəm ki, Mxitaryan üçün Bakı təhlükəli şəhər deyildi. O, Azərbaycan paytaxtına çox rahat edə bilərdi”.

O, Bakıda təhlükəsizliyin yüksək səviyyədə təşkilindən söz açıb: “”Çox polis var idi və hər şey yaxşı təşkil edilmişdi. Təhlükəsizlik baxımından problem yox idi. “Çelsi” 3-cü qolu vurduqdan sonra bəzi “Arsenal” azarkeşləri aranı qarışdırmaq istəsə də, heç bir dava olmadı. Atmosfer müsbət idi”.

Başqa bir azarkeş Kris Skales də razılığını bildirib: “Şəhərdə bir yeri tapa bilmədikdə yerli insanlar bizə çox kömək edirdi”.

Riçard isə Çin, Yaponiya, Birləşmiş Ərəb Əmirliklərindən olan insanlarla avropalıların Bakıda tanışlığından danışıb: “Belə matçın Azərbaycanda keçirilməsi uzaq ölkələrdə yaşayanlar üçün bir fürsətdir. Hansı ki, onlar sevimli futbolçularını görəcəklər. Buna görə də heç kim narazı qalmamlıdır. İsraildən xeyli azarkeş Bakıya gəlmişdi”.

Skales Bakının gözəlliyini də xüsusi qeyd edib: “Bakı mənim üçün çox xoş oldu. Gözəl şəhərdir. İlk dəfədir ki, insanların dostluğunu gördüm. Mənim üçün böyük səfər idi. Matçın nəticəsi kədərli olsa da...”.

Kris isə Bakı Olimpiya Stadionuna heyranlığını gizlətməyib: “Çox yaxşı stadiondur. Dünyanın hər yerindən insan axınının olması da çox gözəl idi. Stadionda əs final ab-havası var idi”.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right