UEFA-dan Həsənova təyinat

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunun San Marino – Litva oyununun baş hakimi Rəhim Həsənov olacaq.
 
Newsport.az-ın xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
 
Qeyd edək ki, sözügedən matç iyunun 5-də Serravalle stadionunda keçiriləcək.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right