Elxan Məmmədov UEFA-da komitəs sədri oldu

Mayın 29-da Bakıda ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirildiyini xəbər vermişdik. 
 
Newsport.az-ın məlumatına görə, həmin iclasda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. 
 
Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.
 
Xatırladaq ki, Elxan Məmmədov 2008-ci ildən etibarən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right