"Bakı finalı göz oxşayacaq" Pedro

“Kuboku başın üzərinə qaldıranda yaşadığın hisslər unikaldı. Bunu sözlə ifadə etmək mümkün deyil, gərək yaşayasan". Newsport.az saytı xəbər verir ki, bunu "Çelsi"nin yarımmüdafiəçisi Pedro Rodriges deyib.

UEFA-nın rəsmi saytına danışan ispaniyalı futbolçu Avropa Liqasının "Arsenal"la keçiriləcək final görüşünü dəyərləndirib. O, iki gün sonra azarkeşlərin Bakıda sürətli oyun izləyəcəklərini düşünür: "Avropa Liqasında əla mövsüm keçirmişik. Mauritsio Sarrinin strategiyası - hücum futbolu və yüksək pressinq çox işimizə yaradı. Çoxlu qol imkanları yaradırıq, rəqibin cərimə meydanına daha çox oyunçu ilə yerləşirik. "Arsenal"la keçirəcəyimiz oyunu da izləməyə dəyər. Çünki açıq və sürətli futbol gedəcək. Rəqib də hücum futbolunu sevir. Onlar bizim kimi, müdafiə olunmağa meydanın rəqibə aid hissəsindən başlayırlar. Bu üzdən düşünürəm ki, Bakı finalı göz oxşayacaq".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Arsenal" - "Çelsi" finalı saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right