“Qəbələ” kuboku azarkeşlərinə aparır Konsert olacaq

“Qəbələ” Azərbaycan kubokunu doğma şəhərində azarkeşlərinə təqdim edəcək.

Newsport.az saytının məlumatına görə, mayın 19-da Naxçıvanda qazanılan mükafat Qəbələyə əlamətdar gündə aparılacaq.

Klubun əldə etdiyi ilk kubok 28 may – Respublika günündə azarkeşlərə təqdim olunacaq. Bununla əlaqədar Qəbələ şəhər stadionunda bayram tədbiri təşkil ediləcək. Tədbir saat 19:00-da başlanacaq.

Qeyd edək ki, “Qəbələ” Azərbaycan Kubokunun finalında “Sumqayıt”ı məğlubiyyətə uğradıb - 1:0.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right