"Qəbələ"dən ayrılan futbolçu Makedoniya klubuna keçir

Mövsümün sonunda "Qəbələ"dən ayrılan Sabien Lilay karyerasını Makedoniyada davam etdirə bilər.

Newsport.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 30 yaşlı yarımmüdafiəçi ölkə çempionu "Şkendiya" ilə danışıq aparır. Albaniyalı futbolçunun Çempionlar Liqasında oynamaq üçün sözügedən komandaya keçməkdə maraqlı olduğu bildirilir.

Qeyd edək ki, Lilay "Qəbələ"yə ötən yay ölkəsinin "Skenderbeu" klubundan gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right