Polşa çempionu "Qarabağ"ı arzulamır

Polşada 2018-19 mövsümünün çempionu olan "Pyast" klubu Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşa bilər. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, polyaklar Azərbaycan çempionuna rəqib olmaq istəmirlər.

Püşkatma zamanı səpələnmişlərdə yer alacaq ölkə çempionu üçün Polşa KİV-i 3 münasib rəqib seçib ki, bunlar TNS (Uels), "Dundalk" (İrlandiya) və "Düdelanj"dı (Lüksemburq).

Digər potensial rəqibləri də dəyərləndirən polşalılar, xüsusən də, "Seltik" (Şotlandiya), BATE (Belarus), "Srvena Zvezda" (Serbiya), "Astana" (Qazaxıstan) və "Qarabağ"ı arzulamırlar.

Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right