Dadaşovun komandası 3-cü oldu

Portuqaliya Sequndasında mövsümə yekun vurulub. Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” son oyununa çıxıb.

Komanda XXXIV turda doğma meydanda “Famalikao” ilə qarşılaşıb. Dadaşovun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1. “Eştoril” bununla mövsümü 54 xalla 18 komanda arasında 3-cü pillədə başa vurub.

Renat cəzalı olduğu üçün son turda iştirak etməyib. O, mövsüm ərzində 22 oyunda 4 qola imza atıb. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah