"Qəbələ" Azərbaycan kubokunun qalibi oldu!

Azərbaycan kubokunun qalibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası stadionunda keçirilən həlledici matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib.

Bu, "Sumqayıt"ın ilk finalı olub. "Qəbələ" isə indiyədək 3 dəfə final həyəcanı yaşasa da, hamısında uduzmuşdu. "Qırmızı-qaralar" sindormu qıra bilib. Rəqibini minimal hesabla məğlub edən "Qəbələ" tarixində ilk titulunu əldə edib.

Bununla da, əyalət təmsilçisi Azərbaycanı Avropa Liqasında təmsil etmək hüququ qazanıb.

19 may

 

Azərbaycan kuboku, final

 

17:00 “Qəbələ” - “Sumqayıt” - 1:0

Qol: Stiven-Jozef Monroz, 4

Qırmızı vərəqə: Cavid Tağıyev, 90+5 ("Sumqayıt")

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Naxçıvan Muxtar Respublikası stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right