Millimizin üzvü Superliqada oynayacaq

Futbol üzrə Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının  hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Qazişəhər Qaziantep”lə qarşılaşıb. Yılmazın komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Gənclərbirliyi” hazırda 70 xalla 18 kollektiv arasında vahid liderdi. Futbolçumuzun komandası bu nəticənin ardından sona bir tur qalmış bir illik fasilədən sonra yenidən Super Liqaya vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right