Azərbaycanda oynamış futbolçu "lipa" çıxdı

Ölkəmizdə "MKT-Araz"ın formasını geyinmiş Artyom Bezrodnı "lipa" çıxıb. Newsport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, bunu sabiq yarımmüdafiəçinin ilk məşqçilərindən olan Vadim Dobija deyib.

O bildirib ki, 2016-cı ildə, 37 yaşında vəfat edən Bezrodnının sənədləri uşaq vaxtı dəyişdirilib: "Artyom uşaq olanda onu mənə təklif etmişdilər. Yoxladım və bəyəndim. Hər kəsdən daha ağıllı oynayırdı. 3 il Bezrodnıya məşqçilik etdim. Sonra məşqçilərimizdən biri onu MOİK-ə baxışa aparmağı təklif etdi. Moskva klubu apardığımız 4 uşaqdan 2-sini bəyəndi ki, onlardan biri də Artyom idi. Həmin gün o, yox oldu. Sonra müəyyənləşdi ki, "Spartak" atasına avtomobil verib və futbolçu da o kluba keçib. Mənə Moskvadan zəng gəldi ki, Bezrodnı "lipa"dı. Qan testi ilə onun göstəriləndən 2 yaş böyük olduğu müəyyənləşib. Mətbuatda buna görə məni günahlandırırdılar. Halbuki bu məsələdən xəbərim yox idi".

Qeyd edək ki, Artyom Bezrodnı 2005-ci ildə Azərbaycan çempionatında "MKT-Araz"ın şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right