Qaynar günlər: Samir Abasov “Sabah” yolunda

“Sumqayıt”ın əvəzedici və əsas komandası ilə uğurlu işlər gördükdən sonra adı daha iddialı klublarla hallanan Samir Abasov sonda “Zirə”nin yolunu tutdu. Gənc çalışdırıcı qışdan sonra bu klubun oyun planında dəyişikliklər etməyi bacarsa da, nəticə baxımından heç nəyə nail olmadı. Son ümid olan kuboku da əldən verən “Zirə” hazırda elitanın aşağı pillələrindədir. 

Newsport.az xəbər verir ki, buna baxmayaraq, digər klubların yenə də Samir Abasova marağı var. Əldə etdiyimiz son məlumata görə, gələn il güclü komanda qurub, medallar və avrokuboklar üçün oynamağı qarşısına məqsəd qoyan “Sabah” Samir Abasovu baş məşqçi postuna gətirmək üçün işlərə başlayıb. Artıq mütəxəssislə danışıqlar baş tutub və Samir Abasov böyük planları olan “Sabah”da işləməyin əleyhinə deyil. 

Qeyd edək ki, “Sabah”ın hazırkı baş məşqçisi Elşad Əhmədovdur. Kifayət qədər təcrübəyə malik şəxsin də klubda qalmaq ehtimalı var. Hazırda bütün namizədlərlə danışıqlar aparılır. Klub yekunda qızıl məxrəci tapıb, qərarını verəcək. 

Əlavə edək ki, “Sabah” futbolçu heyətinə də ciddi şəkildə əl gəzdirəcək. 

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right