Ozan Can üçün 66 dəqiqə və 3 xal

Futbol üzrə Türkiyə 1-ci liqasında 32-cu turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Adana Dəmirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.

“Girəsunspor” 32 turdan sonra 33 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right